"Barselona" və "Real" Sane ilə maraqlanır
"Bavariya"nın yarımmüdafiəçisi Leroy Sane "Barselona" və "Real"la maraqlanır.
Sportline.az xəbər verir ki, 27 yaşlı almaniyalının Münhenlə müqaviləsi gələn mövsümün sonunda başa çatır. Lakin o, hələ ki, yeni müqavilə ilə bağlı təklif almayıb. Sane gələcəyini mövsümün sonunda nəzərdən keçirməyi planlaşdırır.
Cinah oyunçusu bu mövsüm "Bavariya"nın heyətində 10 matçda 6 qol vurub. O, 2020-ci ildən Almaniya klubunda çıxış edir. Transfermarkt portalı Sanenin dəyərini 65 milyon avro qiymətləndirir.