"Barselona" xərcləri azaltmaq üçün bu üsula əl atdı

"Barselona" əvəzedici komandanın oyunçuları üçün yemək hazırlayan şirkətin xidmətlərini ləğv edib.

Sportline.az xəbər verir ki, əvvəllər "Barselona Atletik" oyunçuları məşqdən sonra "La Masia"da səhər yeməyi və ya nahar üçün qala bilərdilər. Bu, istəyə bağlı idi. İndi bunu etmək qeyri-mümkün olacaq, çünki ağır iqtisadi vəziyyətə görə "Barsa" bundan imtina etmək qərarına gəlib.

Klub hesab edir ki, bu, əsassız xərclərdir.