"Barselona" yeni müqavilə üçün danışıqlara başladı

"Barselona" Mark-Andre ter Ştegenlə müqaviləni uzatmaq istəyir.

Sportline.az xəbər verir ki, qapıçının Kataloniya klubu ilə hazırkı müqaviləsi 2025-ci ilə qədərdir. Tərəflər müqavilənin uzadılması ilə bağlı danışıqlara başlayıb. 

Alman qolkiperə 2028-ci ilə qədər müqavilə təklif olunur. "Barsa"nın idman idarəçiliyinin ideyası ter Ştegenin karyerasını bu komandada bitirməsidir. 

Qapıçı 2014-cü ildə "Barselona"ya keçib. La Liqanın son mövsümündə 38 oyun keçirib və 18 qol buraxıb.