"Barselona"da maliyyə qalmaqalı böyüyür
"Barselona" yeni transferi Vitor Rokeni qeydiyyatdan keçirmək üçün maliyyə vəziyyətini yaxşılaşdırmalıdır.
Sportline.az xəbər verir ki, kataloniyalılar oyunçularını satmalı və ya başqa gəlir mənbələri tapmalı olacaqlar.
Kataloniyalılar iyul ayında 18 yaşlı braziliyalı ilə müqavilə imzaladığını açıqlamışdı. O, gələn il komandaya qoşulmalıdır, lakin o vaxta qədər "Atletiko Paranaense"də oynamağa davam edəcək.
Cari mövsümdə Roke Braziliya klubunun heyətində 41 matçda 20 qol vurub və 8 məhsuldar ötürmə edib.