"Barselona"dan daha bir bəd xəbər: bu dəfə Balde...

"Barselona"nın zədəlilər siyahısına bir futbolçu da qoşulub.

Sportline.az xəbər verir ki, "Barselona"nın şərəfini qoruyan Aleks Balde İspaniya - Şotlandiya matçında zədələnərək oyunu yarımçıq tərk edib.

Gənc müdafiəçi bud nahiyəsində əzələsini zədələyib.

Qeyd edək kli, "Barselona"da Frenki de Yong, Robert Levandovski, Rafinha, Jül Kunde, Pedri və Lamin Yamal da zədəlilər sırasındadır.