"Barselona"dan "Əl-Əhli"yə
"Barselona"nın yarımmüdafiəçisi Frank Kessye "Əl Əhli"yə keçməyə yaxındır.
Sportline.az xəbər verir ki, sövdələşmə 15 milyon avro təşkil edə bilər. 26 yaşlı futbolçu "Barselona"da oynadığı müddətdən narazıdır və maaş tələbləri yerinə yetirilərsə, klubu dəyişməyə açıqdır.
Kessye 2022-ci ilin yayında "Barselona"ya keçib. Müqavilə 2026-cı ilin yayına kimi nəzərdə tutulub. O, 2022/23 mövsümündə kataloniyalıların heyətində 43 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.