"Barselona"dan Mbappe açıqlaması

"Barselona"nın vitse-prezidenti Kilian Mbappenin mümkün transferi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Sportline.az xəbər verir ki, daha əvvəl Kataloniya klubunun hücumçunu transfer etməkdə maraqlı olduğu bildirilirdi. Futbolçunun özünün də yalnız "Real Madrid"ə getmək istədiyi bildirilirdi. 

“Mən şayiələri yaymaq üçün burada deyiləm. Hər kəsə demək istəyirəm ki, Gündoğan , Romeu və İniqo ilə komandamız artıq keçənilkindən yaxşıdır. Bunlar şayiələrdir" - deyə Rafa Yuste bildirib.