"Barselona"dan PSJ-yə keçdi
"Barselona"nın futbolçusu Usman Dembelenin PSJ-yə keçidi rəsmiləşib.
Sportline.az xəbər verir ki, bununla bağlı Paris klubunun saytı məlumat yayıb. Fransalı hücumçu ilə 5 illik müqavilə imzalanıb. PSJ bu transfer üçün Kataloniya klubuna 50 milyon avro ödəyəcək.
Qeyd edək ki, Fransa millisinin üzvü 2017-ci ildən "Barselona"da çıxış edirdi.