"Barselona"dan yeni müqavilələr

"Barselona"nın idman direktoru Deko bildirib ki, Kataloniya klubu yaxın vaxtlarda müdafiəçi Alejandro Balde və cinah yarımmüdafiəçisi Lamin Yamalın müqaviləsini uzadacaq.

Sportline.az xəbər verir ki, daha əvvəl Deko "Barselona"nın komandanın baş məşqçisi Xavi ilə müqaviləni uzadacağını təsdiqləyib.

19 yaşlı Balde və 16 yaşlı Yamal "Barselona" məzunudur.

2023/24 mövsümündə Balde klubda 3 oyun keçirib və qol vurmayıb, Yamal isə 4 oyunda iştirak edib və 2 məhsuldar ötürmə verib.