“Barselona”nın Bastoni sevdası davam edir

“Barselona" yayda müdafiə xəttini gücləndirmək istəyir. 

Sportline.az xəbər verir ki,  Kataloniya klubu "İnter”in müdafiəçisi Alessandro Bastoni ilə bağlı ilk addımları atıb.

"Barselona" klubu artıq İtaliya təmsilçisi ilə mümkün transfer üzrə ilkin əlaqələrə başlayıb.

Məlumata görə, tərəflər hələ rəsmi danışıqlara başlamasa da, artıq transferin maliyyə detalları və mümkün struktur üzərində ilkin analiz aparılır.

Futbolçunun isə bu keçidə qarşı çıxmadığı bildirilir.