“Barselona”nın futbolçusu xəstələnib
“Barselona”nın hücumçusu Markus Reşford məşqlərdə iştirak etməyib.
Sportline.az xəbər verir ki, Markus Reşford məşqləri buraxıb və səbəb olaraq qripi göstərilib.
28 yaşlı futbolçu ciddi soyuqdəymədən əziyyət çəkir.
Dünənki məşqi buraxan Reşford baş məşqçi Hansi Flikdən icazə alaraq bu günkü son məşqdə də iştirak etməyib.