"Barselona"nın heyəti açıqlandı: Messi "18-lik"də
Sabah "Real Madrid" və "Barselona" arasında növbəti "El Klasiko" baş tutacaq. SportLine.az sport.es saytına istinadən xəbər verir ki, mühüm oyuna bir gün qalmış Luis Enrike Kataloniya təmsilçisinin heyətini açıqlayıb. Zədə səbəbilə iştirakı sual altında olan Lionel Messi və İvan Rakitiçin adı heyətə daxil edilib.
Ter Ştegen, Bravo, Pike, Rakitiç, Buskets, Dani Alves, İnyesta, Suarez, Messi, Neymar, Maskerano, Munir, Alba, Sandro, Serxi Roberto, Adriano, Fermalen, Matyö.
Xatırladaq ki, "Real Madrid" - "Barselona" matçının start fiti saat 21:15-də səslənəcək.