"Barselona"nın oyununda 7 qol vuruldu
"Barselona" bu gün İspaniya La Liqasında nöbəti oyununa çıxıb.
Sportline.az xəbər verir ki, Kataloniya təmsilçisi səfərdə "Vilyarreal"la qarşılaşıb. Maraqlı və gərgin keçən matç qonaqların 4:3 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Barselona" hazırda turnir cədvəlində 7 xalla 3-cüdür. 3 xalı olan "Vilyarreal" isə 13-cü pillədədir.
"Vilyarreal" - "Barselona" - 3:4
Qollar: Xuan Fout, 26, Aleksander Sorlot, 40, Aleks Baena, 50 - Qavi, 12, Frenkie de Yonq, 15, Ferran Torres, 68, Robert Levandovski, 71