"Barselona"nın səhmləri satılıb

"Barselona" holdinq şirkəti "Barca Vision" (Bridgeburg) səhmlərinin satışını elan edib .

Sportline.az xəbər verir ki, investorlar "Barca Vision"un səhmlərinin cəmi 29,5 faizini 120 milyon avroya alıblar.

"Bu müqavilə ilə "Barselona" idman və əyləncənin rəqəmsal dünyasında biznes imkanlarını genişləndirmək üçün bilik və təcrübə təqdim edən strateji tərəfdaşlarla birlikdə klubun vizyonunu uğurla gücləndirir" - deyə klubun saytında bildirilib.