"Barselona"nın yeni hədəfi
"Barselona" argentinalı futbolçu Lo Çelsonu transfer edə bilər.
Sportline.az xəbər verir ki, daha əvvəl Kataloniya klubunun "Tottenhem"in yarımmüdafiəçisi Covani Lo Çelsonu transfer etməyi düşündüyü bildirilir.
Lo Çelsonun transferini baş məşqçi Xavi istəyir. O hesab edir ki, klub maliyyə fair-play qaydalarını pozmadan 27 yaşlı argentinalı ilə müqavilə imzalamaq üçün səy göstərməlidir.
Futbolçu ötən mövsüm 29 matçda 2 qol vurub, 3 məhsuldar ötürmə edib.