"Barselona"nın yeni hədəfi

Oriol Romeu "Barselona"ya keçir.

Sportline.az xəbər verir ki, klub 31 yaşlı yarımmüdafiəçinin transferini "Jirona" ilə razılaşdırıb. Futbolçu artıq tibbi müayinədən keçib, tərəflər lazımı sənədləri imzalamalıdır.

Daha əvvəl "Barselona"nın Romeu üçün 5-6 milyon avro və bonuslar ödəyəcəyi bildirilirdi . Müqavilə çərçivəsində Pablo Torre bir mövsümlük icarə əsasında "Jirona"ya keçəcək .

Romeu bu həftə "Barsa"ya keçəcək.

Oriol ötən mövsüm La Liqada 33 oyuna çıxıb və 2 qol vurub.