"Barselona"nın yeni hədəfi

"Barselona" İvan Fresnedanı transfer edə bilər.

Sportline.az xəbər verir ki, Kataloniya klubu futbolçunu sağ cinah müdafiəçisi mövqeyinə almaq istəyir. "Valyadolidl"i Fresneda bunun üçün əsas namizəddir.

18 yaşlı futbolçunun müqaviləsindəki sərbəst qalma bəndi 20 milyon avrodur.

Fresneda ötən mövsüm La Liqada 22 oyuna çıxıb.