Baş məşqçi futbolçuların siqaret çəkməsinə icazə verdi

Rusiyalı məşhur futbol adamı Sergey Yuran maraqlı açıqlama ilə gündəmə gəlib.

Sportline.az xəbər verir ki, "Pari NN" klubunun baş məşqçisi futbolçularının siqaret çəkməsinə etiraz etmədiyini dilə gətirib.

"Özüm də futbolçu karyeram ərzində siqaret çəkmişəm. Elə indi də çəkirəm. Əgər bu, hansısa futbolçunun oyununa təsir etmirsə, çəkə bilər. Əsas odur ki, bunu nümayişkaranə şəkildə etməsinlər. Düşünmürəm ki, bizim futbolçular bu pis vərdişlə məşğuldurlar. Onlar başqa nəslin nümayəndələridir. Bəlkə qəlyanla başlarını qatırlar. Amma, bu da fakt deyil ", - deyə Yuran Sport24.ru-ya müsahibəsində bildirib.

Qeyd edək ki, Sergey Yuran ötən ilin aprelindən "Pari NN-i çalışdırır. 

Onun komandası 20 turdan topladığı 28 xalla Premyer Liqanın 9-cü pilləsində qərarlaşıb.