Bastoni "Barselona"ya keçir?

"İnter"in mərkəz müdafiəçisi Alessandro Bastoni karyerasını "Barselona"da davam etdirə bilər.

Sportline.az xəbər verir ki, Kataloniya təmsilçisi bu keçid üçün qarşı tərəfə 60 milyon avro ödəməyə hazırdır.

Bu haqda "Mundo Deportivo" nəşri məlumat yayıb.

Qeyd edək ki, A.Bastoni cari mövsüm meydana çıxdığı 36 matçda 2 qol, 6 asistlə yadda qalıb.