"Bavariya" 17 yaşlı futbolçunu istəyir
"Bavariya" "Adelaide Yunyted"in hücumçusu Nestori İrankunda ilə müqavilə imzalamaq üçün işlərini davam etdirir.
Sportline.az xəbər verir ki, Münhen klubu müqavilə bağlamağa yaxındır. 17 yaşlı avstraliyalı özü də yetkinlik yaşına çatan kimi 2024-cü ildə Münhenə köçmək istəyir.
2022/23 mövsümündə Nestori bütün yarışlarda 22 matçda iştirak edib, 5 qol vurub və 2 məhsuldar ötürmə edib.