"Bavariya" 17 yaşlı futbolçusuna yeni müqavilə təklif edib
"Bavariya" 17 yaşlı futbolçusu Lennart Karla yeni müqavilə təklif edib.
Sportline.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano məlumat yayıb.
L.Karl bu mövsüm meydana çıxdığı 15 matçda 2 qol, 1 asistlə yadda qalıb.
Qeyd edək ki, sözügedən oyunçunun Münhen klubu ilə hazırkı sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.