"Bavariya" azarkeşlərinə şad xəbər
"Bavariya" azarkeşlərini sevindirən xəbər Harri Keyndən gəldi.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, təcrübəli hücumçu zədəsini saaldaraq komadna ilə məşqlərə başlayıb.
Daha öncə zədələndiyi üçün İngiltərə millisinin heyətindən çıxarılan futbolçu Almaniya klubunda məşqlərə başlayıb.
Qeyd edək ki, klub rəsmiləri Harri Keynin "Borussiya Dortmund" və "Arsenal"la oyunadək hazır olacağını bildiriblər.