"Bavariya" bu transferi təxirə salmaq istəyir

"Bavariya" "Tottenhem"in hücumçusu Harri Keynin transferini 2024-cü ilin qışına qədər təxirə sala bilər .

Sportline.az xəbər verir ki, Münhen rəhbərliyi ingilis futbolçunun alınmasının detalları ilə bağlı London klubu ilə razılaşa bilmir. Yanvara qədər "Bavariya" mərkəz hücumçusu Matis Telin xidmətindən istifadə etməyi planlaşdırır.

Daha əvvəl bildirilirdi ki, "Bavariya" illik 20 milyon avro maaşa hücumçu ilə 5 illik müqavilə imzalamağa hazırdır.