"Bavariya" ciddi itki ilə üzləşib
"Bavariya" ciddi itki ilə üzləşib.
Sportline.az xəbər verir ki, Münhen klubunun yarımmüdafiəçisi Aleksandr Pavloviç cərrahiyyə əməliyytına məruz qalıb.
"Ştutqart"la oyunda (4-0) çiynindən xəsarət alan futbolçunun əməliyyatının uğurlu alındığı bildirilir.
"Əməliyyat yaxşı keçdi. Bacardığım qədər yaşıl meydanlara tez qayıtmağa çalışacağam", - deyə Pavloviç sosial şəbəkə hesabından azarkeşlərə səslənib.
Qeyd edək ki, sözügedən futbolçu bu mövsüm keçirdiyi 9 oyunda 1 qol və 1 asist müəllifidir.
Onun Münhen nəhəngi ilə 2029-cu ilədək müqaviləsi var.
Transfermarkt portalında Pavloviçin dəyəri 50 milyon avrodur.