"Bavariya" gürcü qapıçı ilə maraqlanır
"Bavariya" "Valensiya"nın gürcü qapıçısı Giorgi Mamardaşvili ilə maraqlanır.
Sportline.az xəbər verir ki, 22 yaşlı qolkiper Münhen klubunun potensial transfer hədəfləri siyahısındadır. Futbolçunun özü "Bavariya"ya keçməkdə maraqlıdır.
Mamardaşvili ilə İngiltərə və İtaliya klubları da maraqlanır.
Qapıçı Gürcüstan millisində oynayır.