"Bavariya" Harri Keynin ovuna çıxıb

İngiltərə millisinin üzvü Harri Keyn karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

Sportline.az "The Athletic"ə istinadla xəbər verir ki, "Bavariya" bu məqsədlə "Tottenhem"ə rəsmi təklif göndərib.

Münhenlilər təcrübəli forvardın transferi üçün 70 milyon avro və bonus ödəməyə hazırdırlar.

Keynin "Tottenhem"lə müqaviləsinin müddəti 2024-cü ildə başa çatacaq.

Son mövsüm 38 oyunda meydana çıxan 29 yaşlı hücumçu rəqib qapılarına 30 qol vurub.