"Bavariya" heyəti gücləndirir

"Bavariya" klubu heyəti gücləndirməyi planlaşdırır.

Sportline.az xəbər verir ki, münhenlilər "Fulhem"dən Joau Palinyanı transfer etməyə yaxındırlar.

Bu haqda "Sky Sports Germany" məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Portuqaliya millisinin 28 yaşlı yarımmüdafiəçisi artıq tibbi baxışdan da keçib.

Tərəflər yalnız bəzi detalların tam aydınlaşmasından sonra müqaviləyə qol çəkəcəklər.

Bu transferin "Bavariya"ya 46 milyon avroya başa gələcəyi gözlənilir.

Qeyd edək ki, Palinya son mövsümdə keçirdiyi 40 oyunda 4 qol və 1 asist müəllifi olub.