"Bavariya" - Keyn məsələsində işlər yaxşıya doğru gedir
"Bavariya" Harri Keynlə bağlı "Tottenhem"lə birbaşa danışıqlar aparır.
Sportline.az xəbər verir ki, bu istiqamətdə işlərə may ayında Almaniya klubunun müşahidə şurasına daxil olan Karl-Haynts Rummenigge rəhbərlik edib.
"Bavariya"nın texniki direktoru Marko Neppe artıq hücumçunu Almaniya çempionuna keçməyə inandırıb və Keyn artıq başqa variantları nəzərdən keçirmir.