"Bavariya" məşhur mütəxəssislə danışıq aparır

"Bavariya" baş məşqçi axtarışını davam etdirir.

Sportline.az xəbər verir ki, münhenliər bu məqsədlə Avstriya millisinin baş məşqçisi ilə danışıq aparırlar.

Bu informasiyanı Ralf Ranqnik özü təsdiqləyib.

"Bavariya" mənimlə əlaqə saxlayıb. Bu haqda Avstriya Futbol Federasiyasını məlumatlandırmışam. Hazırda millinin Avropa çempionatına hazırlığı ilə məşğulam. Münhenlilərin fikri qəti olsa, bu haqda ciddi fikirləşməliyəm",  - deyə Ranqnik düşüncəsini bölüşüb.

Qeyd edək ki, bu haqda tanınmış jurnalist Fabrisio Rpmano X sosial şəbəkəsində paylaşım edib.