"Bavariya" Musiala ilə bağlı qərar verdi
"Bavariya" rəhbərliyi Camal Musialanın komandada qalmasını istəyir.
Sportline.az xəbər verir ki, klubun prezidenti Herbert Hayner futbolçunun "Bavariya"da mümkün qədər daha çox oynamasının tərəfdarı olduqlarını bildirib.
"Biz onun həmişə komanada qalmasının tərəftarıyıq. Fikrimcə o, ikinci Tomas Müller ola bilər. Növbəti 20 ildə də onun bizimlə olmasını arzulayırıq , - deyə klub prezidenti fikrini açıqlayıb.
Bu sözlər jurnalist Manuel Bonkenin paylaşımında əksini tapıb.
Qeyd edək ki, "Bavariya" Musiala ilə müqavilənin yenilənməsi istiqamətində danışıq aparır.
21 yaşlı futbolçunun hazırkı anlaşmasının müddəti 2026-cı ildə bitəcək.
Transfermarkt portalında onun dəyəri 130 milyon avro göstərilir.