“Bavariya” Noyer ilə bağlı qərar verib
“Bavariya”nın qapıçısı Manuel Noyer rəhbərlik tərəfindən klubda qalması barədə qərar verilib.
Sportline.az “Bild” qəzetinə istinadən xəbər verir ki, rəhbərlik Noyerin çıxışından razıdır. Onunla yola davam etmək qərarına gəliblər.
Manuel Noyerin “Bavariya” ilə müqaviləsi 2025-ci ilin yayında başa çatır.
Rəhbərlik 38 yaşlı futbolçuya 1 illik yeni müqavilə təklif etməyi düşünür.
Qeyd edək ki, M.Noyer bu mövsüm “Bavariya”da 10 matçda iştirak edib. Təcrübəli kiper qapısında 14 qol görüb.