"Bavariya" Noyerlə bağlı qərar verdi
"Bavariya" Manuel Noyerlə yola davam edəcək.
Sportline.az xəbər verir ki, münhenlilər 38 yaşlı qolkiperlə müqavilənin müddətini uzatmağa hazırlaşırlar.
Bu haqda "Sky Sport"un jurnalisti Florian Plettenberq X sosial şəbəkəsində məlumat paylaşıb.
Onun sözlərinə görə, "Bavariya"nın Alison Bekerlə maraqlandığı ilə bağlı xəbərlər həqiqəti əks etdirmir.
Noyerlə yeni müqavilənin müddəti 2026-cı ilədək olacaq.
Onun hazırkı anlaşması mövsümün sonunda başa çatacaq.
Transfermarkt portalında Noyerin qiyməti 4 milyon avro kimi göstərilir.