"Bavariya" onu icarəyə verməyə hazırdır
"Bavariya"nın yarımmüdafiəçisi Rayan Qravenberx bu yay icarəyə götürülə bilər.
Sportline.az xəbər verir ki, futbolçu ilə "Liverpul" və "Mançester Yunayted" maraqlanır. Futbolçunun özü də "Bavariya"nı daimi olaraq tərk etməyə hazırdır. Komandada özü üçün perspektiv görmür.
Ötən mövsüm 21 yaşlı yarımmüdafiəçi komandada cəmi bir neçə dəfə meydana çıxıb.