“Bavariya” Sane ilə bağlı qərar verib

“Bavariya”nın almaniyalı futbolçusu Leroy Sane klubla yeni müqavilə imzalayacağını açıqlayıb.

Sportline.az futbol jurnalisti Florian Plettenberqin paylaşımına istinadən xəbər verir ki, “Bavariya” klubu Sane ilə yeni müqavilə imzalamağa yaxındır. 28 yaşlı futbolçu "Bavariya”da qalmaqda israrlıdır.

“Bavariya” Leroy Saneyə 3 illik yeni müqavilə təklif edib.

Leroy Sane bu təklifə müsbət yanaşır.

Qeyd edək ki, Leroy Sane bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 11 matçda 3 qolla yadda qalıb.