“Bavariya” ulduz futbolçunu transfer etməkdə israrlıdır

“Bayer”in 21 yaşlı futbolçusu Floriyan Virts kariyerasını “Bavariya”da davam etdirə bilər.

Sportline.az “Sky Sports” nəşrinə istinadən xəbər verir ki, “Bavariya” oyunçunu gələn ilin yayında transfer edəcəyini açıqlayıb.

“Real Madrid”də almaniyalı futbolçu ilə yaxından maraqlanır.

“Bayer” rəhbərliyi Floriyan Virtsin qiymətini 130 milyon avro olaraq təyin edib.

Qeyd edək ki, Floriyan Virts bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 10 matçda 6 qol və 1 asistlə yadda qalıb.