"Bavariya" yeni transferini təqdim etdi

"Bavariya" yeni mövsümün hazırlığına başlayıb.

Sportline.az xəbər verir ki, münhenlilər bu məqsədlə "Ştutqart"ın futbolçusu Hiroki İtonun transferini həyata keçiriblər.

25 yaşlı müdafiəçi ilə 2028-ci ilədək müqavilə imzalanıb.

Yaponiya millisinin üzvünün Münhen klubuna 30 milyon avroya başa gəldiyi bildirilir. 

İto son mövsümdə meydana çıxdığı 29 oyunda iki məhsuldar ötürmə ilə fərqlənib.