"Bavariya"da ciddi itki
"Bavariya"nın müdafiəçisi Saşa Boye ciddi zədələnib.
Sportline.az xəbər verir ki, o, bir neçə həftə komandasına kömək edə bilməyəcək.
Münhen klubunun yaydığı məlumata görə, futbolçu ötən gün məşq zamanı sol dizinin meniskini zədələyib.
24 yaşlı müdafiəçinin artıq əməliyyat olunduğu bildirilir.
Qeyd edək ki, Saşa Boye bundan əvvəl "Dijon", "Renn" və "Qalatasaray"ın formasını geyinib.