"Bavariya"da Kompaniyə qiymət verilib
"Bavariya"nın idman direktoru Maks Eberl baş məşqçi Vensan Kompaninin işini qiymətləndirib.
Sportline.az xəbər verir ki, o, belçikalı mütəxəssis haqqında xoş fikirlər səsləndirib.
"O, yaxşı məşqçidir. "Bavariya"nın ətrafında həmişə qarışıqlıq hökm sürsə də, o, nə etdiyini və nə istədiyini yaxşı bilir. Vensanın oyunu fəallıq, enerji, ağıllı müdafiə üzərində qurulub", - deyə Eberl X sosial şəbəkəsindəki "Bayern&Germany" səhifəsinə açıqlamasında bildirib.
Qeyd edək ki, Kompani 2024-cü ilin mayından "Bavariya"nı çalışdırır.