"Bavariya"dan "Borussiya"ya
Marsel Sabitzer "Bavariya"dan "Borussiya Dortmund"a keçib.
Sportline.az xəbər verir ki, yarımmüdafiəçi Dortmund klubu ilə 2027-ci ilə qədər müqavilə imzalayıb və çərşənbə axşamı komandaya qoşulacaq.
Münhenlilər bonuslar da daxil olmaqla 19 milyon avro alacaq.
Avstriyalı Almaniya çempionları üçün 54 oyun keçirib və 2 qol vurub.