Almaniyadan "Əl-Nəsr"ə

"Əl-Nəsr" Sadio Manenin transferi ilə bağlı məsələni "Bavariya" ilə tam razılaşdırıb.

Sportline.az xəbər verir ki, bu haqda tanınmış jurnalist Fabrisio Romano məlumat yayıb.

Onun sözlərinə görə, seneqallı hücumçunun keçidi yaxın günlərdə rəsmiləşəcək.

"Əl-Nəsr"in bu transferə görə münhenlilərə 40 milyon avro ödəyəcəyi bildirilir.

31 yaşlı forvard özü isə ilinə 40 milyon avro qazanacaq.