"Bavariya"dan gözlənilməz gediş

Tomas Tuxellə yolları ayıracağı dəqiqləşən "Bavariya"nın baş məşqçi postuna daha bir namizəd üzə çıxıb.

Sportline.az xəbər verir ki, söhbət Vinsent Kompanidən gedir.

Tanınmış jurnalist Florian Plettenberqin sosial şəbəkəsində paylaşdığı məlumata, münhenlilər belçikalı mütəxəssislə anlaşmaq niyyətindədirlər.

"Bavariya"nın onunla müqaviləni vaxtından əvvəl pozması üçün "Börnli"yə 10-15 milyon avro ödəməyə hazır olduğu bildirilir. 

Anlaşmanın 2027-ci ilədək bağlanacağı gözlənilir.