“Bavariya”dan inamlı qələbə

Almaniya Çempionatının 7-ci turunun görüşləri davam edir.

Sportline.az xəbər verir ki, günün son matçında “Bavariya” öz meydanında “Ştutqart”la qarşılaşıb. “Münhenlilər” rəqibini 4:0 hesabı ilə məğlub edib.

Qolları: Hari Keyn 57,60,80, Kinqsli Koman 89.

Qeyd edək ki, “Bavariya” 17 xalla turnir cədvəlinə başçılıq edir. “Ştutqart” isə 9 xalla 9-cudur.