"Bavariya" "Mançester Yunayted"dən 70 milyon avro istəyir

"Mançester Yunayted" Niderland millisinin üzvü Matteys de Liqtin xidmətində maraqlıdır.

Sportline.az xəbər verir ki, mançsterlilər onun üçün "Bavariya"nın qapısını döyüblər.

"Bayern & Germany"nin yaydığı məlumata görə, danışıqlar İngiltərə təmsilçisi üçün elə də yaxşı getmir.

Məsələ ondadır ki, münhenlilər bu transfer üçün qarşı tərəfdən 70 milyon avro tələb edirlər.

"Mançester Yunayted" isə öz növbəsində bu məbləğin yalnız yarısını ödəyə biləcəyini bəyan edib.

Qeyd edək ki, 24 yaşlı müdafiəçi 2022-ci ildən "Bavariya"nın formasını geyinir. 

Son mövsümdə 30 oyun keçirən De Liqt iki qol, 1 asist müəllifi olub.