"Bavariya"nın futbolçusu İspaniya çempionatında

"Bavariya"nın yarımmüdafiəçisi Brayan Saraqosa karyerasını İspaniyada davam etdirəcək.

Sportline.az xəbər verir ki, o, yeni mövsümdə icarə əsasında "Osasuna"nın şərəfini qoruyacaq.

Bu haqda klubun rəsmi saytında məlumat yayılıb.

İspaniya təmsilçisi bunun üçün münhenlilərə 250 min avro ödəyib.

Qeyd edək ki, Saraqosanın "Bavariya" ilə 2029-cu ilədək müqaviləsi var.