"Bavariya"nın futbolçusu "Real"ın radarındadır
"Bavariya"nın müdafiəçisi Alfonso Devis karyerasını İspaniyada davam etdirə bilər.
Sportline.az xəbər verir ki, 22 yaşlı kanadalıya Madrid “Real”ı iddialıdır. Madrid klubu futbolçunu gələn yay transfer etmək istəyir.
Ötən mövsüm Devis 38 oyun keçirib, 3 qol vurub və 7 məhsuldar ötürmə edib.