"Bavariya"nın futbolçusu yeni komanda yoldaşından danışdı

"Bavariya"nın müdafiəçisi Matteys de Liqt klubun Cənubi Koreyadan olan yeni futbolçusu Kim Min Je ilə bağlı təəssüratlarını bölüşüb .

Sportline.az xəbər verir ki, de Liqt bu transfer üçün çox xoşbəxt olduğunu bildirib.

"Mən xoşbəxtəm! Min Je çox pozitiv bir insan kimi qarşımıza çıxır. O, çox mehriban oğlandır və əminəm ki, o, komandamız üçün əvəzolunmaz oyunçu olacaq. O, "Napoli"də A Seriyasında və Çempionlar Liqasında böyük uğur qazanıb" - deyə de Liqt "Sport1"ə müsahibəsində bildirib.

Cənubi Koreyalı mərkəz müdafiəçisi Kim Min Je təxminən 50 milyon avroya "Napoli"dən "Bavariya"ya keçib.