"Bavariya"nın Keyn arzusu puç oldu

“Tottenhem” Harri Keyni “Bavariya”ya satmaqdan imtina edib.

Sportline.az xəbər evrir ki, bu gün Münhen klubu hücumçunun transferi üçün bonuslar nəzərə alınmadan 70 milyon avroluq rəsmi təklif irəli sürüb. 

Amma belə bir təklif londonlulara sərf etməyib və rədd edilib.

Premyer Liqanın son mövsümündə ingilis futbolçu 38 oyun keçirib, 30 qol vurub və 3 məhsuldar ötürmə edib.