"Bavariya"nın Keyn israrı
"Tottenhem" "Bavariya"nın Harri Keyn üçün ikinci təklifini rədd edib.
Sportline.az xəbər verir ki, London klubu hücumçunu təxminən 70 milyon funt-sterlinqə (80 milyon avrodan çox) satmaqdan imtina edib. Buna baxmayaraq, "Bavariya" bu yay Keyni ala biləcəyinə ümid edir.
Daha əvvəl Münhen klubu Harri üçün təxminən 60 milyon funt-sterlinq (70 milyon avro) təklif etsə də, ondan da imtina etmişdilər.