"Bavariya"nın Keyn israrı davam edir
"Bavariya" Harri Keynin transferində problem yaranacağı təqdirdə alternativ variantlar axtarır.
Sportline.az xəbər verir ki, Münhen klubu hələ də ingilis hücumçunu bu yay onu "Tottenham"dan almaqla və ya gələn il pulsuz transferə imza atmaqla, transferini yekunlaşdırmağa hazırlaşır .
"Bavariya" bu yay Keynin transferi uğursuz olarsa, digər variantları nəzərdən keçirir. Belə ki, almanlar "Mançester Siti"nin hücumçusu Julian Alvares və ya "Yuventus"un hücumçusu Duşan Vlahoviçi bir mövsümlük icarəyə götürmək imkanını nəzərdən keçirirlər .