"Bavariya"nın Quardiola ilə əldə etdiyi 10 rekord
Pep Quardiola "Bavariya" tarixində ən yaxşı baş məşqçisi hesab olunur. Hər halda, əldə edilən nəticələr bunu deməyə əsas verir. SportLine.az Quardiolanın rəhbərliyi dövründə "Bavariya"nın əldə etdiyi rekordları diqqətinizə çatdırır:
1. "Köln"ü 4:0 hesabı ilə üstələyən "Bavariya" "Bundesliqa"da 1000-ci qələbəsini əldə edib;
2. Quardiola keçirdiyi 78 oyunun 64-də, yəni 82%-də qələbə qazanıb;
3. Robert Levandovski 9 dəqiqəyə 5 qol vurmaqla adını futbol tarixinə yazıdırıb;
4. 2015/2016 mövsümünün ilk turunda "Hamburq"u 5:0 məğlub edən "Bavariya" "Bundesliqa" tarixinin açılış oyunlarında ən böyük hesablı qələbənin müəllifi olub;
5. "Roma"nı 7:1 hesabı ilə üstələyən Münhen təmsilçisi alman klublarının Çempionlar Liqasındakı ən böyük hesablı qələbəsinə imza atıb;
6. 2014/2015 mövsümündə Quardiolanın komandası qapısını 21 oyun toxunulmaz saxlaya bilib;
7. Xabi Alonso 2014/2015 mövsümündə "Köln"ə qarşı oyunda 206 dəqiq ötürmə verməklə "Bundesliqa"nın tarixinə düşüb;
8. "Bavariya" "Bundesliqa"da 2013/2014 mövsümündə 27 turdan sonra çempionluğu rəsmiləşdirən ilk komanda olub;
9. Münhenlilər 2013/2014 mövsümündə ardıcıl 19 matçda qələbə qazanaraq “Bundesliqa”da yeni rekord müəyyən ediblər;
10. Quardiolanın yetirmələri 2014/2015 mövsümündə ilk 10 turun bütün qarşılaşmalarında qələbə qazanıblar.